Ağstafada yaşlı qadın kürəkəni və nəvəsi tərəfindən döyülüb
Hadisə
- 30 sentyabr, 2018
- 18:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağstafa. 30 sentyabr. REPORT.AZ/ Ağstafa rayonunda kürəkən oğlu ilə birgə qaynanasını döyüb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yenigün kəndində, 1934-cü il təvəllüdlü Xədicə Abbas qızı Əliyeva kürəkəni və nəvəsi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumatlara görə, qızının evində qalan qadınla kürəkəni arasında əvvəllərdə münaqişə olub. Axşam saatlarında yenidən münaqişə yaşanıb və bu səfər kürəkən oğlu ilə birgə yaşlı qadını yumruq zərbələri ilə döyüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr
01:33
Aİ və Türkiyə ticarət maneəsini aradan qaldırmağı, gömrük prosedurlarını sürətləndirməyi razılaşdırıblar
Digər ölkələr
01:19
DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır
Region
00:58
Çempionlar Liqası: "Barselona" səfərdə, "Arsenal" ev oyununda qalib gəlib
Futbol
00:40
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb
Region
00:11
Kiyev ardıcıl iki gün həyəcan siqnalı olmadan S-400-lərin zərbələrinə məruz qalıb
Digər ölkələr
23:55
Türkiyədə 80 nəfər qidadan zəhərlənib
Region
23:37
"MS Now": Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib
Digər ölkələr
23:23
UKMTO: Hörmüz boğazında tanker hücuma məruz qalıb – YENİLƏNİB
Region