Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

Hadisə
  • 15 iyun, 2023
  • 17:45
Ağstafada sərnişin 2 avtomobil arasında qalaraq ölüb

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1999-cu il təvəllüdlü Hidayət Hüseynov "VAZ" markalı iki avtomobilin arasında qalaraq dünyasını dəyişib.

Belə ki, o, içərisində olduğu avtomobildən düşmək istəyən zaman digər avtomobil onun düşdüyü avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.