Abşeronda yük avtomobillərindən 10 min manatdan çox oğurluq edilib

Hadisə
  • 18 noyabr, 2026
  • 15:35
Abşeronda yük avtomobillərindən 10 min manatdan çox oğurluq edilib

Abşeron rayonunda yük avtomobillərindən ümumi dəyəri 10 320 manat olan naqil və akkumulyator oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Allahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, rayonun müxtəlif yerlərində nəqliyyat vasitələrindən oğurluq əməlini törədib.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

44 filmi