“Zirə” portuqaliyalı qapıçını transfer edib

Futbol
  • 19 iyul, 2023
  • 17:35
“Zirə” portuqaliyalı qapıçını transfer edib

“Zirə” yeni əcnəbi futbolçunu transfer edib.

Klubdan “Report”a verilən məlumata görə, portuqaliyalı qapıçı Tiaqo Silva qəsəbə təmsilçisinin heyətinə cəlb olunub.

23 yaşlı qolkiper yeni komandası ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tiaqo Silva daha əvvəl ölkəsinin “Gimaraeş”, “Leyşoeş” və “Trofense” klublarının şərəfini qoruyub.