Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

Digər ölkələr
  • 10 oktyabr, 2026
  • 05:27
Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib.

"Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi ilə bağlı suala cavab verən Tramp jurnalistlərə deyib:

"Bunu edə bilərəm. Baxarıq".

Qeyd edək ki, Tramp oktyabrın əvvəlində ABŞ-nin İranla ciddi danışıqlar apardığını bildirib. O, həmçinin noyabrın 3-də keçiriləcək seçkilərə qədər İrana zərbə endirmək niyyətində olmadığını vurğulayıb.