ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər
- 10 oktyabr, 2026
- 02:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, tərəflər qış ərəfəsində Ukraynanın enerji sisteminin dayanıqlığının təmin edilməsi, taxıl ixracı, eləcə də yeni münaqişələrin qarşısını almağa yönəlmiş Kiyev və Avropa üçün uzunmüddətli təhlükəsizlik mexanizmlərini müzakirə ediblər.
Görüşdə münaqişə başa çatdıqdan sonra Ukraynanın iqtisadi bərpasına və ölkənin Avropa İttifaqına üzvlük perspektivlərinə də xüsusi diqqət yetirilib.