Azərbaycan BMT-də dayanıqlı şəhərsalmanın sürətləndirilməsinin vacibliyini vurğulayıb
- 10 oktyabr, 2026
- 01:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) gücləndirilməsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxış edib.
"Report" xəbər verir ki, o, Bakıda keçirilən WUF13-ün nəticələrinə, o cümlədən qlobal mənzil böhranına təcili və birgə cavab verilməsini, həmçinin Yeni Şəhərsalma Gündəliyinin 2036-cı ilədək icrasının sürətləndirilməsini nəzərdə tutan Bakı Fəaliyyət Çağırışına diqqət çəkib.
Bundan əlavə, çıxışında diplomat Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin müasir, dayanıqlı və insan mərkəzli şəhər inkişafına verilən önəmi əks etdirdiyini bildirib.
Bunun Azərbaycanın müasir, dayanıqlı və insan mərkəzli şəhərsalma inkişafına, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində bu istiqamətdə fəaliyyətə sadiqliyini əks etdirdiyi bildirilib. Azərbaycan nümayəndəsi, həmçinin BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsinə dair siyasi bəyannaməni qəbul etməsini alqışlayıb.
During the general discussion of item 18 at the UN General Assembly’s Second Committee, Azerbaijan underscored the importance of advancing SDG 11 and accelerating implementation of the New Urban Agenda. Azerbaijan drew attention to the outcomes of WUF13 in Baku, including the Baku Call to Action, which calls for an urgent and concerted response to the global housing crisis and accelerated implementation of the New Urban Agenda through 2036. Azerbaijan also highlighted the declaration of 2026 as the Year of Urban Planning and Architecture, reflecting its continued commitment to modern, sustainable and people-centred urban development, including in the context of the Great Return to the territories liberated from occupation.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) October 9, 2026