“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib

Futbol
  • 03 sentyabr, 2024
  • 07:26
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib

“Zirə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Kasımpaşa” komandasından Ayron Qomisi transfer edib.

Fransalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 24 yaşlı futbolçu həmçinin karyerası ərzində ölkəsinin “Amyen”, “Dünkerk” və İtaliyanın “Salernitana” klublarında çıxış edib.