Xosep Qvardiola türkiyəli futbolçunu komandasında görmək istəyir
Futbol
- 21 oktyabr, 2025
- 11:01
İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola Türkiyə millisinin futbolçusu Arda Güləri komandasında görmək istəyir.
"Report" "Defensa Central"a istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "şəhərlilər"in maraq dairəsinə düşüb.
Premyer Liqa klubu İspaniya təmsilçisi "Real"da çıxış edən gənc oyunçunu heyətinə qatmaq imkanını nəzərdən keçirir. Xosep Qvardiola Arda Gülərin transferini şəxsən istəyib.
İspaniya nəhəngi artıq açıq şəkildə bəyan edib ki, potensial alıcıların təklif etdiyi məbləğdən asılı olmayaraq, futbolçu komandanı tərk etməyəcək.
Qeyd edək ki, Arda Gülər 2023-cü ildə "Fənərbağça"dan transfer olunub. O, cari mövsüm bütün turnirlərdə "Real" forması ilə 11 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
12:39
İkinci Dünya müharibəsindəki xidmətlərinə görə təltif olunan azərbaycanlı qadının 100 yaşı tamam olub
Sosial müdafiə12:38
Azərbaycan Prezidenti xarici və yerli investorları süni intellekt sahəsinə investisiya qoymağa dəvət edir
İKT12:34
ABŞ Prezidenti: Venesuelanı idarə etməklə yanaşı, onun neftini çıxaracağıq
Digər ölkələr12:34
Foto
"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turnirində ilk mükafatçılar müəyyənləşib
Fərdi12:27
Foto
Bakıda "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılışı keçirilib - YENİLƏNİB-2
Daxili siyasət12:25
Qvardiola "Mançester Siti"nin futbolçusunun bərpa müddətini açıqlayıb
Futbol12:24
Tramp Venesuelaya səfər edə bilər
Digər ölkələr12:23
Mövsümi qripə görə şagirdlərin davamiyyətində ciddi azalma müşahidə edilmir - RƏSMİ
Elm və təhsil12:22