​"Xəzər Lənkəran" heyətini 6 yeni futbolçu ilə gücləndirəcək

Futbol
  • 09 dekabr, 2015
  • 09:33
​Xəzər Lənkəran heyətini 6 yeni futbolçu ilə gücləndirəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. Klubdan "Report"a verilən məlumata görə, transfer dövründə 6 oyunçunun keçidi rəsmiləşdiriləcək.

Onlardan 2-si müdafiəçi, 2-si yarımmüdafiəçi, 2-si isə hücumçu olacaq. Artıq iki legioner futbolçu ilə danışıqlar aparılır. FİFA-nın transfer qadağası üzündən keçidi yayda alınmayan xorvatiyalı yarımmüdafiəçi Samin Muminoviç və adı açıqlanmayan serbiyalı hücumçu qışda komandaya qoşulacaq.

Digər 4 futbolçunun axtarışı isə Nigeriya və Ukraynada aparılır. 

44 - Tezliklə