​Türkiyədə "Lokomotiv" klubunun azarkeşi bıçaqlanıb

Futbol
  • 05 noyabr, 2015
  • 07:10
​Türkiyədə Lokomotiv klubunun azarkeşi bıçaqlanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində bu gecə keçiriləcək "Beşiktaş" və "Lokomotiv" komandaları arasındakı görüşü izləməyə gələn rusiyalı turist bıçaqlanıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusiyalı 2 turistlə türkiyəli qrup arasında dava düşüb.

Nəticədə Simpnou Cnmohob ad-soyadlı turist ayağından və başından bıçaqlanıb. Xəsarət alan azarkeş təcili xəstəxanaya çatdırılıb.

Polis gələnədək davada iştirak edən yerli qrup hadisə yerindən qaçıb. Yaralanan turistin "Lokomotiv" azarkeşi olduğu bildirilib.

44 - Tezliklə