Serxio Ramos keçmiş klubuna qayıdır
Futbol
- 03 sentyabr, 2023
- 20:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos “Sevilya” ilə qısamüddətli müqavilə imzalayacaq.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano eksdə bildirib.
Onun sözlərinə görə, tərəflər arasında razılıq əldə olunub.
“Əl-İttihad”ın və türk klublarının təkliflərinə baxmayaraq, qısamüddətli müqavilə ilə bağlı şifahi razılıq əldə olunub. Ramos 18 ildən sonra “Sevilya”ya qayıdıb”, - Romano sosial şəbəkədə yazıb.
Xatırladaq ki, daha öncə Ramos “Qalatasaray”ın və “Beşiktaş”ın maraq dairəsində olub.
Qeyd edək ki, 37 yaşlı futbolçu Fransanın PSJ klubundan ayrılandan sonra azad agent olub. O həmçinin “Real Madrid” və “Sevilya”da çıxış edib.
Son xəbərlər
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi