"Sabah"ın əməliyyat olunan futbolçusu 1 ay yaşıl meydanlardan kənar qalacaq

Futbol
  • 29 oktyabr, 2024
  • 08:58
Sabahın əməliyyat olunan futbolçusu 1 ay yaşıl meydanlardan kənar qalacaq
İvan Lepinitsa

"Sabah"ın əməliyyat olunan futbolçusu İvan Lepinitsa 1 ay yaşıl meydanlardan kənar qalacaq.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarımmüdafiəçi qarşıdan gələn "Sumqayıt", "Kəpəz" və "Turan Tovuz"la görüşlərdə meydana çıxmayacaq.

O, Azərbaycan Premyer Liqasının X turunda "Zirə" ilə keçirilən matçda zədələnmişdi.

25 yaşlı oyunçu Xorvatiyanın Zaqreb şəhərində yerləşən klinikalardan birində çiyin oynağının bankart lezionu və çiyin bağlarının yırtığı əməliyyatı olunub.

44 filmi