"Neftçi"nin keçmiş kapitanı komandanın rəmzi heyətini açıqlayıb

Futbol
  • 30 dekabr, 2021
  • 12:27
Neftçinin keçmiş kapitanı komandanın rəmzi heyətini açıqlayıb

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov futbolçu karyerasında formasını geyindiyi "Neftçi"nin rəmzi heyətini açıqlayıb.

"Report"un məlumatına görə, veteran müdafiəçi paytaxt təmsilçisində birlikdə çıxış etdiyi oyunçulardan ibarət ən yaxşı "11-liy"ində 15 futbolçuya yer verib.

39 yaşlı keçmiş oyunçu bəzi mövqelərə 2 futbolçunu layiq görüb. Sadıqov özünü də rəmzi komandaya daxil edib.

Qapıçılar: Hüseyn Məhəmmədov / Cahangir Həsənzadə

Müdafiəçilər: İqor Getman / Mahir Şükürov, Ruslan Abbasov, Rəşad Sadıqov, Valeri Abramidze / Aftandil Hacıyev

Yarımmüdafiəçilər: Emin Quliyev, Vidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə, Samir Əliyev

Hücumçular: Qurban Qurbanov, Georgi Adamiya

Qeyd edək ki, Rəşad Sadıqov 2001 - 2002, 2003 - 2005 və 2006 - 2008-ci illərdə "Neftçi"də çıxış edib.

44 - Tezliklə