"Qəbələ” heyətinə daha bir futbolçu qatıb
Futbol
- 28 iyun, 2024
- 13:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümündən I Liqada çıxış edəcək “qırmızı-qaralar” Salman Ələsgərovla anlaşıb.
23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
"Qəbələ" Akademiyasının yetirməsi olan müdafiəçi 2021-2023-cü illərdə “Qəbələ-2”nin formasını geyinib.
O, ötən mövsüm “Şamaxı”nın uğurları üçün çalışıb. S.Ələsgərov karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib, Azərbaycanın U-18 millisinə cəlb olunub.
Qeyd edək ki, “Qəbələ” daha əvvəl qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu heyətinə qatıb.
Son xəbərlər
16:02
Rəşad Rəsullu: "Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir"
Fərdi
16:02
Foto
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub
Elm və təhsil
15:59
Azərbaycan Kambocanın xam pambığı son məhsula çevirmək təcrübəsi ilə maraqlanır
Biznes
15:58
Baş nazir: "Azərbaycanla Kambocanın iqtisadi üstünlüklərinin birləşdirilməsi dinamik biznes ekosistemi yaradacaq"
Biznes
15:56
Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirir"
Energetika
15:55
Hun Manet: "Azərbaycan və Kamboca arasında biznes potensialının dərindən öyrənilməsi zəruridir"
Biznes
15:52
Hun Manet: "Azərbaycanla qarşılıqlı fəaliyyəti dərinləşdirməyi hədəfləyirik"
Biznes
15:49
Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman: "Kokauri dünya səviyyəli idmançıdır"
Fərdi
15:49
Azərbaycan və Kamboca arasında daha bir Anlaşma Memorandumu mübadilə edilib
Biznes