"Qarabağ" üçüncü dəfə ölkə çempionatına böyük hesablı qələbələrlə başlayıb
Futbol
- 12 avqust, 2024
- 06:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünə iki böyükhesablı qələbə ilə başlayıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionatlarının 32 illik tarixində 5-ci dəfə bir komanda startda iki böyükhesablı qalibiyyət əldə edib.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv “Araz-Naxçıvan”a 4:1, “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
Ağdam klubu bunu üçüncü dəfə bacarıb. 1993/1994 və 2003/2004 mövsümlərində də oxşar ssenari yaşanıb.
2000/2001 mövsümündə “Neftçi” ilk iki oyununda üç və ya daha çox top fərqilə qalib gəlib. Sonuncu belə start isə 2008/2009 mövsümündə gerçəkləşib. 16 il əvvəl “Qəbələ” ilk iki görüşdə böyük hesabla qalib gəlib.
Son xəbərlər
14:31
Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
Region
14:21
Yaponiyada Takaiçi hökumətinə dəstəyin 50 %-dən aşağı düşdüyü bildirilib
Digər ölkələr
14:04
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ekologiya
13:51
Video
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət
13:39
Niderland səfirliyi: Azərbaycana davamlı sülh, rifah və tərəqqi arzulayırıq
Xarici siyasət
13:34
Hindistanda yük maşınının zəvvarları vurması nəticəsində 15 nəfər həlak olub - yenilənib
Digər ölkələr
13:33
"Qalatasaray"ın zədəli futbolçusu Rafael Leaunun durumu açıqlanıb
Futbol
13:25
İranın müdafiə naziri ABŞ-nin ən böyük qeyri-nüvə bombasına qarşı tədbirlərin görüldüyünü bildirib
Region
13:22
Foto
Bir sorğu, bir neçə təklif - 247 xidmət axtarışını necə asanlaşdırır?
İKT