“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırıla bilər
Futbol
- 11 oktyabr, 2023
- 10:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.
“Report” xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: “Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.
Qeyd edək ki, yay fasiləsində Almaniyanın “Bayer 04” klubundan ayrılan Andrey Lunyov “Qarabağ”a azad agent kimi keçib.
Son xəbərlər
10:54
"Anglo Asian Mining" 9 ay ərzində Azərbaycanda qızıl hasilatını cüzi artırıb
Sənaye
10:51
İlhamə Qədimova: "Rəqəmsal həllər fermerlərə üç kanal vasitəsilə təqdim olunur"
ASK
10:51
Foto
MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Daxili siyasət
10:48
"Uğur" yatağında filiz hasilatı bərpa edilib
Sənaye
10:47
"Premium Bank" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
10:47
"Qarabağ" - "Neftçi" oyununu Kamal Umudlu idarə edəcək
Futbol
10:45
Foto
Video
Dərnəgül tikinti bazarının "Abşeron" Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər
Sənaye
10:45
Azərbaycanda qiymətləndirilən fermerlərin sayı açıqlanıb
ASK
10:40
Nazir müavini: "Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir"
ASK