Premyer Liqa: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
Futbol
- 25 aprel, 2026
- 20:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
"Report"un Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.
Qəbələ şəhər stadionunda reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.
Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.
Tura aprelin 27-də yekun vurulacaq.
Son xəbərlər
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region