​Peşəkar Futbol Liqasının prezident vəzifəsinə seçkilər keçiriləcək

Futbol
  • 04 iyul, 2016
  • 10:01
​Peşəkar Futbol Liqasının prezident vəzifəsinə seçkilər keçiriləcək

Bakı. 4 iyul. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti postuna seçkilər keçiriləcək. 

"Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

AFFA-nın inzibati binasında keçiriləcək mərasim iyulun 5-də saat 11:00-da başlayacaq. Seçkidə federasiya prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, PFL-in hazırkı prezidenti Ramin Musayevdir.

44 filmi