"Neftçi" zədəli futbolçuları ilə bağlı məlumat yayıb

Futbol
  • 11 noyabr, 2016
  • 13:48
Neftçi zədəli futbolçuları ilə bağlı məlumat yayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ "Neftçi" klubunun əsas komandasının iki üzvü məşqlərdə iştirak etmir. 

"Report"un klub saytına istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi Elşən Abdullayev müalicəsini davam etdirir.

Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələlik dəqiqləşməyib. Digər yarımmüdafiəçi Fəhmin Muradbəyli isə pəncəsindəki zədə səbəbindən təxminən iki həftə yaşıl meydanlardan kənarda qalacaq.