"Neftçi" Vəli Qasımovu baş məşqçi vəzifəsində saxladığını təsdiqləyib

Futbol
  • 05 iyun, 2016
  • 14:17
Neftçi Vəli Qasımovu baş məşqçi vəzifəsində saxladığını təsdiqləyib

Bakı. 5 iyun. REPORT.AZ/ "Neftçi”nin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda Vəli Qasımov 2016/2017 mövsümü üçün komandanın baş məşqçi vəzifəsinə təsdiq olunub. 

Bununla yanaşı, klubun növbəti mövsüm üçün büdcəsi detallı şəkildə müzakirə edilib.