“Neftçi Arena”da renovasiya işlərinə start verilib

Futbol
  • 31 avqust, 2023
  • 16:03
“Neftçi Arena”da renovasiya işlərinə start verilib

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da kiçik renovasiya işlərinə start verilib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu proses Premyer Liqanın VII turu çərçivəsində sentyabrın 22, 23 və ya 24-də “Zirə” ilə keçiriləcək növbəti ev matçına qədər davam edəcək.

Ot örtüyündə əsas yenilənmənin mövsümün ortasında yaranacaq təxminən bir aylıq fasilə zamanı aparılması planlaşdırılır.

44 - Tezliklə