Məşhur döyüşçü Fyodor Yemelyanenkonun növbəti rəqibi müəyyənləşib
Futbol
- 18 dekabr, 2015
- 05:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 dekabr. REPORT.AZ/ Qarışıq döyüş üzrə (MMA) dəfələrlə dünya çempionu Fyodor Yemelyanenkonun rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, hindistanlı Caydip Sinqhdir.
Görüş dekabrın 31-də Yaponiyada keçiriləcək. Hazırda məşqlərini davam etdirən Yemelyanenko döyüş məkanına dekabrın 25-də yollanacaq.
Qeyd edək ki, Caydip Sinqh Hindistanda doğulsa da, 3 yaşından Yaponiyada yaşayır. O, karyerası ərzində Yaponiyada 19 döyüş keçirib. 1,98 metr boya malik 28 yaşlı idmançı 2 döyüşünü vaxtından əvvəl başa vurub. Fyodor Yemelyanenko isə son döyüşünə 2012-ci ilin iyununda çıxıb. O, ümumilikdə 40 döyüşündən 12-si nokaut olmaqla, 35 qələbə qazanıb.
Son xəbərlər
15:28
BQXK: Yaxın Şərqdə gərginlik on milyonlarla insan üçün fəlakətli nəticələrə gətirib çıxara bilər
Digər ölkələr
15:27
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkün olub
Daxili siyasət
15:25
Aİ İtaliyaya SAFE proqramı çərçivəsində 8 milyard avrodan çox kredit ayırıb
Digər ölkələr
15:22
Naxçıvanda orta aylıq nominal əməkhaqqı 6 % artıb
Maliyyə
15:17
Naxçıvanda bank əmanətləri 46 % artıb
Maliyyə
15:16
Nürnberq aeroportu fəaliyyətini dayandırıb
Digər ölkələr
15:15
Azərbaycanda kriptoaktivlər sahəsində qanunvericiliyə dəyişikliklər gözlənilir
Maliyyə
15:14
Naxçıvanın xarici ticarət dövriyyəsi 67 %-dən çox artıb
Biznes
15:14
Foto
FHN-in Akademiyasında andiçmə və məzunların buraxılış mərasimi keçirilib
Daxili siyasət