Maurisio Poçettino "Tottenhem"in baş məşqçisi postunu tərk edib

Futbol
  • 19 noyabr, 2019
  • 23:33
Maurisio Poçettino Tottenhemin baş məşqçisi postunu tərk edib

Maurisio Poçettino İngiltərə "Tottenhem"inin baş məşqçisi postunu tərk edib.

"Report"un məlumatına görə, argentinalı mütəxəssis Premyer Liqadakı uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib. 

London komandası 12 turdan sonra 14 xalla 14-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Maurisio Poçettino "Tottenhem"ə 2014/2015 mövsümündə baş məşqçi təyin olunub. O, ötən mövsüm komandanı Çempionlar Liqasında finaladək daşıyıb. 2018-ci ilin mayında onunla yeni müqavilə bağlanılıb.   

44 - Tezliklə