"Mançester Yunayted" yeni transferi ilə müqavilə imzalayıb

Futbol
  • 05 iyul, 2022
  • 13:21
Mançester Yunayted yeni transferi ilə müqavilə imzalayıb

İngiltərənin "Mançester Yunayted" klubu yeni transferini açıqlayıb.

"Report" "qırmızı şeytanlar"ın rəsmi saytına istinadən xəbər verir ki, Mançester təmsilçisi Niderland "Feyenoord"unda çıxış edən Teyrell Malasianı heyətinə qatıb.

23 yaşlı müdafiəçi ilə 4+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Feyenoord"un yetirməsi olan Teyrell Malasia 2017-ci ildən əsas komandada çıxış edib.