Mahmud Qurbanov: "Xal qazanmaq üçün təkcə mübarizə aparmaq kifayət etmir, ustalıq da lazımdır"
- 14 noyabr, 2025
- 17:07
DÇ-2026-nın seçmə mərhələsində qələbə qazanamaq üçün Azərbaycan millisinə təkcə mübarizə aparmaq kifayət etmir.
Bunu "Report"a açıqlamasında yığmanın sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis İslandiya ilə oyun haqqında təəssüratlarını bölüşüb:
"Oyundan əvvəl heç-heçəyə ümid edirdim. Amma məğlub olduq. İslandiyaya qarşı bu tsikldə iki oyun keçirmişik və 7 qol buraxmışıq. Təəssüf ki, 1 qol belə vurmamışıq. Qollardan 5-ni isə Fernandu Santuşun rəhbərliyi altında buraxmışdıq. İslandiya ilə ilk oyundan fərqli, mübarizə var idi. Amma bəzən xal qazanamaq üçün təkcə mübarizə aparmaq kifayət etmir. Ustalıq da lazımdır. İlk oyunla müqayisədə fərq bu idi, yalnız istək var idi".
Qeyd edək ki, ötən gün baş tutan Azərbaycan - İslandiya görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.