Konfrans Liqası: "Fənərbağça" səfərdə Slovakiya klubunu məğlub edib

Futbol
  • 05 oktyabr, 2023
  • 21:00
Konfrans Liqası: Fənərbağça səfərdə Slovakiya klubunu məğlub edib

"Fənərbağça" UEFA Konfrans Liqasının qrup mərhələsinin II turunda qələbə qazanıb.

"Report" xəbər verir ki, İstanbul təmsilçisi Slovakiyada yerli "Spartak" (Trnava) klubu ilə üz-üzə gəlib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.

Xallarının sayını 6-ya çatdıran "Fənərbağça" H qrupunda liderliyini davam etdirir.