İspaniya klubunun prezidenti: "İsrafilov Azərbaycandan çox yaxşı təklif alıb"
Futbol
- 28 dekabr, 2021
- 09:46
"Eddi İsrafilov Azərbaycandan çox yaxşı təklif alıb".
"Report" xəbər verir ki, bu fikirləri İspaniyanın "Luqo" klubunun prezidenti Tino Saques yerli mətbuata açıqlamasında deyib.
60 yaşlı funksioner baxışda olan 29 yaşlı yarımmüdafiəçinin bu səbəbdən komandada qalmayacağını bildirib.
İsrafilov hazırda "Neftçi" ilə danışıqlar aparır. Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev danışıqları bitirmək üzrə olduqlarını söyləyib.
Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.
Son xəbərlər
15:24
Dünya Bankı: Azərbaycanda özəl investisiyaların artırılması islahatların həyata keçirilməsini tələb edir
Biznes15:24
Rəy
Ermənistan parlamentində terror – açılması hələ də arzuolunmayan cinayət - ŞƏRH
Analitika15:23
Qazaxıstan Azərbaycanın fəlakət risklərinin sığortalanması təcrübəsini tətbiq edə bilər - EKSKLÜZİV
Maliyyə15:20
Türkiyə Superliqası klubu baş məşqçisi ilə yollarını ayırıb
Futbol15:13
Foto
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
Daxili siyasət15:12
Foto
Xocalının Badara kəndində mənzillərin açarları təqdim edilib
Qarabağ15:11
İrandan Azərbaycana 64 kiloqram narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə15:07
"Real"ın kapitanı əməliyyat edilib
Futbol15:03