Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim edilib - YENİLƏNİB
- 28 oktyabr, 2025
- 15:13
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb, açarlar təqdim olunub.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, açarların təqdim olunması mərasimində Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyini təmsil edən şəxslər iştirak ediblər.
Qeyd edək ki, bununla Qırmızı Bazar qəsəbəsinə köçürülən ailələrin sayı 30-a (110 nəfər) çatıb.
Xocavənd rayonuna yola salınan növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb.
"Report"un Xocavəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə qəsəbəyə 20 ailə (71 nəfər) köçürülür.
Bununla Qırmızı Bazara köçürülən ailələrin sayı 30-a (110 nəfər) çatacaq.