Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub

Futbol
  • 08 oktyabr, 2026
  • 16:33
Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin daha 3 matçı baş tutub.

"Report"un məlumatına görə, "Zəngəzur" səfərdə "Difai"ni 3:1 hesabı ilə məğlub edib.

"Marafon" evdə "Dinamo"nu 3 cavabsız qolla yenib. "Kür-Araz" isə səfərdə "Şirvan" üzərində 3:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, ötən gün "Qaradağ Lökbatan" doğma meydanda "Şəki"ni 12:0 hesabı ilə məğlub edib. "Şəmkir" isə evdə "Ağstafa Gəncləri"nə uduzub - 1:5.

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

44 filmi