Françesko Kaltsona: "Azərbaycan yığmasında yaxşı futbolçular var"

Futbol
  • 21 sentyabr, 2022
  • 14:04
Françesko Kaltsona: Azərbaycan yığmasında yaxşı futbolçular var

"Rəqibin heyətində yaxşı futbolçular var".

"Report"un məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Azərbaycana qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis Azərbaycan yığmasının yaxşı komanda olduğunu bildirib: "Bizi ağır oyun gözləyir. Bu qarşılaşmada mütləq qalib gəlməliyik".

Qeyd edək ki, sentyabrın 22-də Trnava şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

44 filmi