"Everton" klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

Futbol
  • 25 iyun, 2024
  • 10:17
Everton klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

İngiltərənin "Everton" klubu müdafiəçisi Eşli Yanqla müqaviləni yeniləyib.

"Report" xəbər verir ki, 38 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin iyun ayına qədər nəzərdə tutulan müqavilə bağlanıb.

İngiltərə millisinin sabiq üzvü “Everton”dan başqa, “Uotford”, “Aston Villa”, “Mançester Yunayted” və “İnter” klublarında çıxış edib.