DÇ-2026: Azərbaycan İslandiyaya məğlub olub - YENİLƏNİB-5
- 13 noyabr, 2025
- 22:51
Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar 2:0 hesabı ilə öndədirlər.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fasiləyə 2:0 hesabı ilə üstün yollanıblar.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar hesab arasındakı fərqi artırıblar - 2:0.
39-cu dəqiqədə Sverrir İnqason dəqiq zərbə müəllifi olub.
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - İslandiya oyununda hesab açılıb.
"Report"un məlumatına görə, 8-ci km qəsəbə stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər.
20-ci dəqiqədə Albert Qyudmyundsson adını tabloya yazdırıb.
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Azərbaycan - İslandiya matçına start verilib.
"Report"un məlumatına görə, qarşılaşma 8-ci km qəsəbə stadionunda keçirilir.
Matçı monteneqrolu baş hakim Nikola Dabanoviç idarə edir.