Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
Fərdi
- 07 noyabr, 2026
- 13:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb.
"Report" xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan idmançı final mərhələsində 29.700 xal toplayaraq ikinci yeri tutub.
Bu, Tofiq Əliyevin karyerasında fərdi proqram üzrə dünya çempionatında qazandığı ilk gümüş medaldır.
Finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl, ABŞ gimnastı Kaden Brown isə bürünc medala sahib olub.
Qeyd edək ki, bu nəticə ilə Azərbaycan təmsilçilərinin tamblinq üzrə dünya çempionatında çıxışları başa çatıb.
Son xəbərlər
13:12
WP Desantis 2028-ci ildə ABŞ prezidenti seçkilərində iştirak barədə məlumatları təkzib edir
Digər ölkələr
13:06
Azərbaycan gimnastı Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
Fərdi
12:55
Foto
Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib
Sənaye
12:44
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
İnfrastruktur
12:37
Üçrəngli Bayrağın Naxçıvanda dövlət rəmzi qəbul edilməsi Azərbaycanda milli azadlıq hərəkatına təkan verdi - Rəy
Daxili siyasət
12:36
Foto
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib
Daxili siyasət
12:33
Foto
İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub
Sağlamlıq
12:29
Azərbaycanın batut gimnastları Çində keçirilən dünya çempionatında gümüş medal qazanıblar
Fərdi
12:20
Sabah Azərbaycanda intensiv yağış yağacaq
Ekologiya