Zəfər Günü münasibətilə Limada şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Xarici siyasət
  • 07 noyabr, 2026
  • 13:22
Zəfər Günü münasibətilə Limada şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə "Report"a Azərbaycanın Perudakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması iki ölkə arasında dostluq və həmrəyliyin rəmzi ifadəsidir.

Qeyd edək ki, Meriya binası üç gün ərzində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.