DÇ-2023: Koronavirusa görə təxirə salınmış oyunun vaxtı açıqlanıb

Futbol
  • 01 dekabr, 2021
  • 14:44
DÇ-2023: Koronavirusa görə təxirə salınmış oyunun vaxtı açıqlanıb

Qadınlardan ibarət Çexiya və Belarus yığmaları arasında 2023-cü il dünya çempionatının seçmə mərhələ oyununun vaxtı açıqlanıb.

"Report" Belarus Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma hallarına görə təxirə salınmış qarşılaşma 2022-ci ilin iyununda keçiriləcək.

UEFA qərarı Çexiya Futbol Assosiasiyasının müraciəti və qarşı tərəfin razılığı əsasında qəbul edib.

Qeyd edək ki, görüş noyabrın 30-da baş tutmalı idi.

44 - Tezliklə