"Bavariya" klubu yeni baş məşqçisini təqdim edib
Futbol
- 11 iyul, 2016
- 11:11
Bakı. 11 iyul. REPORT.AZ/ Karlo Ançelotti Almaniyanın "Bavariya" futbol komandasının baş məşqçisi kimi rəsmən təqdim olunub.
"Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis bu vəzifədə Xosep Qvardiolanı əvəzləyib.
X.Qvardiola İngiltərənin "Mançester Siti" komandasının sükanı arxasına keçib.
K.Ançelotti Münhen klubundakı işləməyin çox xoşuna gəldiyini bildirib: "Bu, mənim üçün yeni təcrübədir. "Bavariya"ya gəldiyim üçün şadam. Tam enerji ilə işə başlayacağım günü səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Karlo Ançelotti "Bavariya"da Covanni Trapattonidən sonra baş məşqçi vəzifəsində çalışan ikinci italiyalıdır. Onun son iş yeri 2013 - 2015-ci illərdə çalışdığı İspaniya "Real Madrid"i olub.
Son xəbərlər
15:10
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
Komanda15:09
Vüsal Nəsirli Hacıqabul rayonu və Şirvan şəhərinin sakinlərini qəbul edəcək
İnfrastruktur15:04
Azərbaycanda 675 nəfər narkotikə görə müalicə alır
Hadisə15:02
Bu ilin 8 ayında dəyəri 208 milyon manatdan çox olan narkotik qanunsuz dövriyyədən çıxarılıb
Hadisə15:00
Foto
Ağcabədidə çoxillik tut bağı yanır
Hadisə15:00
Video
Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşılıb
Daxili siyasət14:57
Naxçıvanda bank əmanətləri 42 %-ə yaxın artıb
Maliyyə14:53
Geka Geladze daxili işlər nazirinin müavini vəzifəsini tutacaq - YENİLƏNİB
Region14:52