Naxçıvanda bank əmanətləri 42 %-ə yaxın artıb

Maliyyə
  • 14 sentyabr, 2026
  • 14:57
Naxçıvanda bank əmanətləri 42 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 46,5 milyon manat əmanəti olub.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il sentyabrın 1-nə nisbətən 41,8 % çoxdur.

Əmanətlərin 94,3 %-i milli, 5,7 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 43,5 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 19,5 % artıb.