Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar

Komanda
  • 14 sentyabr, 2026
  • 15:10
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar

Azərbaycanın çimərlik voleybolçuları İspaniyanın paytaxtı Madriddə keçirilən U-22 Avropa çempionatında mübarizə aparıblar.

"Report"un Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, turnirdə ölkəni İbrahim Məmmədov – Məhəmməd Aslanlı və Səbinə Əlizadə – Leyla Əliyeva cütlükləri təmsil ediblər.

İ.Məmmədov – M.Aslanlı dueti təsnifat mərhələsində İtaliyaya (0:2) və İsrailə (1:2) məğlub olublar.

Əsas mərhələdə çıxış edən S.Əlizadə – L.Əliyeva tandemi isə İtaliya (0:2), Çexiya (0:2) və Danimarka (0:2) komandalarına uduzublar.

Sentyabrın 9-13-də təşkil olunan qitə birinciliyində oğlanların yarışında 26 ölkədən 32 cüt, qızların mübarizəsində isə 22 ölkədən 28 cüt qüvvəsini sınayıb.

Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolçuları sentyabrın 17-20-də Türkiyənin İzmir şəhərində keçiriləcək U-18 Avropa çempionatında da iştirak edəcəklər.

44 - Tezliklə