Ağcabədidə çoxillik tut bağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Hadisə
  • 14 sentyabr, 2026
  • 16:36
Ağcabədidə çoxillik tut bağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Ağcabədi rayonunda çoxillik tut bağında baş verən yanğın söndürülüb.

Bu barədə "Report"un Qarabağ bürosunun sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Ağcabədi rayonu, Hindarxı qəsəbəsi ərazisində açıq sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Ağcabədi rayonunda çoxillik tut bağında yanğın başlayıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Yanğın Ağdam-Ağcabədi yolunun kənarında tut bağında başlayıb və qısa müddətdə bütün bağa yayılıb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə bölmələrinin briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin başvermə səbəbi araşdırılır.