Azərbaycan - Şimali İrlandiya oyununun hakimləri açıqlanıb
Futbol
- 09 oktyabr, 2023
- 10:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.
“Report”un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Azərsun Arena”da keçiriləcək görüşü bolqarıstanlı Georgi Davidov idarə edəcək.
Georgi Doynov və Miroslav Maksimov köməkçi hakim, Kristian Kolev isə dördüncü hakim kimi meydana çıxacaqlar. Onların işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. Belaruslu Sergey İlyiç isə UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 12-də F qrupu çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu saat 18:00-da başlayacaq.
Son xəbərlər
11:38
DVX: "Aqrar sahədə yeni vergi stimullaşdırılması mexanizmi tətbiq olunacaq"
ASK
11:35
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Hərbi
11:28
Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
Maliyyə
11:27
Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq
Biznes
11:25
Səfir: Çin və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığı qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir
Xarici siyasət
11:25
DVX rəisi: "Vergi islahatlarında sahibkarların təklifləri nəzərə alınıb"
Maliyyə
11:23
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Biznes
11:22
Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır
ASK
11:22
Lu Mey Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənəcəyinə əmindir
Xarici siyasət