Azərbaycan Kuboku: "Qarabağ" final oyununa ciddi itki ilə çıxacaq

Futbol
  • 15 may, 2022
  • 15:44
Azərbaycan Kuboku: Qarabağ final oyununa ciddi itki ilə çıxacaq

"Qarabağ" "Zirə"yə qarşı Azərbaycan Kubokunun final oyununa ciddi itki ilə çıxacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.

50 yaşlı mütəxəssis müdafiəçi Abbas Hüseynovun həlledici qarşılaşmada iştirak edəcəyinə inanmadığını bildirib: "Hələ məşqlərə başlamayıb. Yəqin, "23-lük"də olacaq. Lakin meydana çıxacağına inanmıram".

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 27-də Qəbələ şəhər stadionunda baş tutacaq.