Azərbaycan Kuboku: II təsnifat mərhələsinin daha bir oyunu başa çatıb - YENİLƏNİB
- 29 oktyabr, 2025
- 16:27
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub.
"Report"un məlumatına görə, "Şimal" "Şahdağ Qusar"la üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz yekunlaşıb. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan Qusar təmsilçisi növbəti mərhələyə adlayıb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə vəsiqə qazanan daha iki komanda bəlli olub.
"Report"un məlumatına görə, "Sumqayıt" və "Difai" növbəti raunda vəsiqəni təmin ediblər.
"Gənclik şəhəri" təmsilçisi II təsnifat mərhələsində "Zaqatala"nı (3:0), Ağsu klubu isə "Xankəndi"ni (2:1) məğlub edib.
Bu raundun "Şimal" - "Şahdağ Qusar" görüşündə əsas vaxt qolsuz heç-heçə ilə bitib. Hazırda əlavə vaxt oynanılır.
Bu gün "Qəbələ" - "Mingəçevir", "Səbail" - "Şamaxı", "Neftçi" - MOİK oyunları da keçiriləcək.
Qeyd edək ki, ötən gün "Kəpəz", "Karvan-Yevlax", "İmişli", "Turan Tovuz", "Baku Sportinq" və "Şəfa" 1/8 finala vəsiqə qazanıblar.