Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub

Futbol
  • 26 may, 2025
  • 16:12
Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.

"Report"un məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb - 4:1.

Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ 3 xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.

G qrupunun Çexiya - Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın 6 xalı var.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Foto: Mircavid Eminoğlu