Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubuna transfer olunub

Futbol
  • 18 mart, 2016
  • 09:30
Andrey Arşavin Qazaxıstanın Kayrat klubuna transfer olunub

Bakı. 18 mart. REPORT.AZ/ Qazaxıstanın "Kayrat" klubu rusiyalı futbolçu Ander Arşavini heyətinə qatıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

O, yeni komandasında 28 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Andrey Arşavin əvvəllər Rusiyanın "Zenit", "Kuban" və İngiltərənin "Arsenal" klubunda forma geyinib.