AFFA "Qarabağ"ı oyunun ikinci hissəsinə yubandığı üçün cərimələyib

Futbol
  • 26 fevral, 2019
  • 09:26
AFFA Qarabağı oyunun ikinci hissəsinə yubandığı üçün cərimələyib

Bakı. 26 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsi növbəti iclasında Azərbaycan I Divizionunda çıxış edən klubların yol verdikləri səhvlərə görə cəzalarını açıqlayıb. 

"Report" xəbər verir ki, XVI turda “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi qonaq komandanın yubanması səbəbindən 4 dəqiqə gec başlayıb. Bu səbəbdən, Ağdam təmsilçisi 80 manat cərimələnib. 

Həmin tur “Neftç-2” ilə ev oyununda lazimi inventarlar olmadığından, "Turan Tovuz"a 160 manatlıq cərimə kəsilib. 

“Qaradağ Lökbatan” komandası “Sabah -2” ilə səfər qarşılaşmasında ilkin protokolu gec təqdim edib. Bu səbəbdən, klub 80 manat məbləğində cəzalandırılıb. 

“Kəpəz” – “Zaqatala” matçından əvvəl iclasda qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən, “Zaqatala” klubu 80 manat cərimələnib. 

44 filmi