AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb

Futbol
  • 06 avqust, 2022
  • 13:21
AFFA Hakimlər Komitəsinin sədri Çempionlar Liqası matçına təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA Çempionlar Liqasının matçına təyinat alıb.

"Report" AFFA-nın saytına istinadən xəbər verir ki, türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin PSV (Niderland) – "Monako" (Fransa) matçının hakim-inspektoru olacaq.

Qeyd edək ki, bu görüş avqustun 9-da Eyndhoven şəhərindəki PSV stadionunda keçiriləcək.

44 filmi