A Seriyası: "Milan" "Torino"ya uduzub

Futbol
  • 30 oktyabr, 2022
  • 22:36
A Seriyası: Milan Torinoya uduzub

“Torino” İtaliya A Seriyasının XII turunun oyununda “Milan”ı 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş Turində, “Olimpiko di Torino” stadionunda keçirilib.

“Torino”nun müdafiəçisi Koffi Cici 35-ci dəqiqədə Valentino Lazaronun məhsuldar ötürməsi ilə hesabı açıb. İki dəqiqə sonra meydan sahiblərinin rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk hesabı artırıb. Ona assisti Nikola Vlaşiç edib.

“Milan” 67-ci dəqiqədə braziliyalı vinger Junior Messiasın qolu sayəsində hesabdakı fərqi azaldıb.

“Torino” 12 görüşdən sonra 17 xalla İtaliya çempionatının turnir cədvəlində 9-cu pilləyə yüksəlib. “Milan” isə üçüncü yerdə qalıb. Stefano Piolinin yetirmələrinin aktivində 26 xal var.