Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Hadisə
  • 18 noyabr, 2026
  • 17:39
Azərbaycanda 104 kq narkotik və 8 mindən çox həb dövriyyədən çıxarılıb

Azərbaycanda 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb dövriyyədən çıxarılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib.

Paytaxt ərazisində, eləcə də Gəncə şəhəri, Abşeron, Qobustan və Salyan rayonlarında keçirilən tədbirlərlə Orxan Bağırov, Türbət Baxşıyev, Mülayim Əliyeva, Roman Əliyev, Alış Əjdərov, Babaəli Talıbov, Kamran Uzunov, həmçinin İran vətəndaşı Ramın Vafaeı Taleshmekaeıl saxlanılıblar.

Onlardan ümumilikdə 104 kiloqram narkotik vasitə və 8070 ədəd narkotik tərkibli həb aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxslərin xaricdə yaşayan narkotacirlərin tapşırıqları əsasında qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

44 filmi