"Mersedes" komandasının rəhbəri Toto Volff: "Bakıda bolidin zəif cəhətləri aydın görünür"
- 23 sentyabr, 2026
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
"Formula 1" üzrə Azərbaycan Qran-prisində bolidin zəif cəhətləri xüsusilə aydın görünür.
"Report"un məlumatına görə, bu barədə "Mersedes" komandasının rəhbəri Toto Volff açıqlama verib.
Funksioner Bakıdakı yarış və gərgin turnir təqvimi barədə fikirlərini bölüşüb:
"Son nəticələrimiz ümidvericidir. Amma bu, heç nəyə zəmanət vermir. Bakıda bolidin zəif cəhətləri xüsusilə aydın görünür. İşimizə köklənməli və qazana biləcəyimiz bütün xalları toplamalıyıq".
T.Volff Bakıdakı yarışı təqvimdəki qeyri-adi traslardan biri adlandırıb:
"Həm boliddən, həm də pilotlardan ciddi tələbkarlıq tələb olunur. Burada düzlüklərdə yüksək sürət, əyləcləmə zonalarında özünəinam və İçərişəhərin dar, yavaş döngələrini səmərəli keçə bilən bolid lazımdır".
Xatırladaq ki, sentyabrın 24-də start götürəcək Azərbaycan Qran-prisi üç gün davam edəcək.